qarğa beyni yemək
qarğa kimi qara
OBASTAN VİKİ
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22–23 sm, kütləsi 150–200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Boz qarğa
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460–735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Qarğa (Həştrud)
Qarğa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 285 nəfər yaşayır (48 ailə).
Qarğa (bürc)
Qarğa (lat. Corvus) — göyün cənub yarımkürəsində bürc.
Bürünc qarğa
Bürünc qarğa (lat. Corvus crassirostris) — 60–70 sm uzunluğa çatan sərçəkimilər dəstənin ən böyük nümayəndəsidir.
Adi qarğa soğanı
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. Qutucuq oval-ellipsşəkillidir.
Kərpicvari qarğa soğanı
Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür. Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir Böyük Qafqazın Quba hissəsi və şərqi .
Qarğa (film, 1994)
Qarğa, David J. Schow və John Shirley tərəfindən yazılmış, Aleks Proyasın 1994-cü ildə təşkil etdiyi bir Amerikan fövqəltəbii super qəhrəman filmidir. Film, James O'Barrın 1989-cu il tarixli "Qarğa" komik kitabına əsaslanaraq,ölümündən ötrü intiqam almaq və nişanlısının təcavüzü və öldürülməsi üçün ölümdən canlandırılan Erik Draven (Lee) adlı bir rok musiqiçisinin hekayəsini izah edir. Əsas aktyor Brendon Li, qüsurlu bir boşluq çəkilişində təsadüfən yaralanıb və əməliyyat zamanı xəstəxanada öldü. İstehsalata səkkiz gün qaldi,onu göstərən bitməmiş səhnələr senaryoda yenidən yazılmış formatla, ikiqat və rəqəmsal xüsusi efektlər ilə əvəzləşdirildi. Film həm Lee, həm də nişanlısı Eliza üçün həsr olunub.... Li'nin ölümü səbəbiylə bir neçə istehsal çatışmazlığına baxmayaraq, The Crow özünə məxsus vizual stil, emosional dərinliyi və ölən aktyorun himayəsi üçün tənqidi şəkildə qəbul edildi. Film kassanın yuxarı hissəsində açılmış və güclü bir kütləyə qovuşmuşdur.Film üç davam filmi ve televiziya serialından ibarətdir. 30 oktyabrda Detroyt şəhərində Şeytan Gecəsi, Çavuş Albrecht, Shelly Websterın döyüldüyü və təcavüz edildiyi bir hadisə yerində hansı ki,nişanlısı Erik Draven, bıçaqlanaraq, vurulub pəncərədən atılaraq öldüyü küçədədir . Cütlük Halloween ertəsi günü evli olmalı idi. O, Shelly ilə xəstəxanaya gedərkən, Albrext Sarah adlı gənc bir qızla tanış olur, Sarah, onların dostu olduğunu və onunla maraqlandıqlarını deyir.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Şoranyer qarğa soğanı
Elmi adı — Gladiolus halophilus Boiss. et Heldr. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15–18 mm hündürlükdə, 10–15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20–25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3–7 mm enində, 3–4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4–6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Ağ Qarğa (Miri Yusif albom)
"Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
Cənub Dili
Cənub Dili - dil Çilov adasının ucqar cənub-qərbində yerləşir. Dilin eni dənizin içərilərinə doğru getdikcə kiçilir. Dilin cənubundan beynəlxalq əhəmiyyətə malik olan Bakı Türkmənbaşı dəniz yolu keçir.
Dezful dili
Dezful dili- Hind-Avropa dil ailəsinin İran dil qrupunun Şimal-qərbi İran dillərinə aiddir ki ki Xuzistan ostanında xüsusilə Dezfulda danışılır.
Doqri dili
Doqri (डोगरी və ya ڈوگرى) Hind-ari dillərindən biri dir və Hindistan və Pakistanda əsasən də Cammu və Kəşmirin Cammu regionunda ,Himaçal Pradeş,həm də Pəncabın şimalında beş milyon nəfərin danışdığı dildir.Doqri dilində danışanlar Doqralar adlanırlar və Doqri danışan region Duqqar adlanır.
Duha dili
Duha dili — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir. Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur. Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair. Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min". Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb. XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir.
Dunqan dili
Dunqan dili (öz adları Xueyzü üyyan, jin-yan xua)— çin dilində danışan Çin müsəlmanları dunqanların dili. 1862–1877-ci illərdə Çinin şimal-qərbində yaşayan çinli müsəlmanların qiyamının yatırılmasından sonra müsair Qırğızıstan, Qazaxıstan və Özbəkistan ərazisinə köşmüş əhalidir. Çin-Tibet dilləri ailəsinə aiddir. SSRİ-də 1924-cü ildə Orta Asiyada milli-ərazi bölünməsi zamanı köçkün müsəlman çinlilərə rus dilində dunqan etnonimi adı verilmişdir. Çində bu ad məlum deyildir. Bir versiyaya görə sözün türk mənşəyi vardır. Əsasən Qırğızıstanda, Qazaxıstanda və Özbəkistanda yaşayırlar. Sayları təxminən 100 min nəfərdirlər (2000-ci illərin ortalarına olan qiymətləndirmə), o cümlədən Qırğızıstanda 52 min nəfər. (siyahıyaalma, 1999), Qazaxıstanda 46 min nəfər. (qiymətləndirmə, 2006), Özbəkistanda təxminən 3 min nəfər.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Dzonqxa dili
Dzonq-ke (རྫོང་ཁ་ Wylie: rdzong-kha) (Jong-kă) Butanın rəsmi dilidir. "Dzonq-ke" sözcüyü dzonqda ( əfsanəvi Butan qalası) danışılan dil mənasını verir. Dzonq-ke müasir tibet dili ilə bənzər dil quruluşuna malikdir. Dilin alt növləri bir-birləri ilə tam bağlı olmasa da, bu alt siniflər eyni dil ailəsini təşkil edirlər. Dzonq-ke və tələffüzləri, Butanın 8 fərqli qəbiləsi (Fodranq, Punakha, Thimphu, Qasa, Paro, Ha, Daqana və Çukha) tərəfindən danışılan bir rəsmi dildir. Bunlardan kənarda Butanın digər bölgələrində və ətraf ölkələrdə danışılan dil, ölkədəki bütün məktəblərdə ana dil kimi tədris olunur. Dilin yazım forması, dəyişməyə uğramış Çincəyə bənzəyir.
Dəri dili
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Ebla dili
Ebla dili — Şimali Suriyada Şərqi Semit xalqları tərəfindən eramızdan əvvəl 3000-ci illərdə danışılan ölü bir semit dilidir. Adını bugünkü Suriyanın sərhədləri içərisindəki qədim Ebla şəhərindən götürmüşdür. Cyrus H. Gordona görə, Ebla dili çox danışılmırdı və ehtimal ki, Şərqi və Qərbi Semit xüsusiyyətləri ilə yazılı və müştərək bir dil kimi istifadə edilmişdir. Ebla ayrıca dili Sarqondan əvvəlki Akkad dilinə çox yaxın bir dil olaraq təyin edilmişdir. Richard I. Caplice, Ignace Gelb və John Huehnergardın fikri budur ki, Ebla dili erkən Akkad ləhcəsi deyil, çünki digər Akkad ləhcələri ilə əlaqələndirilə bilər. Manfred Krebernik, Ebla dilinin Akkad dili ilə çox yaxın bir əlaqəsi olduğunu və bu dilin Erkən Akkad ləhcəsi olaraq təsnif edilə biləcəyini bildirir. Ebla dili həm Qərbi, həm də Şərqi Semit dil xüsusiyyətləri olan Şərqi Semit dili hesab olunur. Qrammatik kontekstdə Ebla dili Akkad dilinə bənzəyir, lakin sintaktik kontekstdə və bəzi qrammatik formalarda Ebla dili Qərbi Semit dillərinə daha yaxındır. Əlavə olaraq, bu dilə aid mixi yazıları formasında əsasən Ebla şəhərinin xarabalıqlarında 1970-ci illərdə tapılmış olan 15.000 lövhə mövcuddur.
Erməni dili
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər) Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Erzyan dili
Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biri. Siyahıyaalma zamanı Mordoviya sakinləri ana dili kimi mordov dilini göstərərək onu mokşan və erzyan dillərinə bölmürlər. Ona görə də təxmini olaraq erzyanların sayının 517 575 nəfər, o cümlədən Rusiyada 440 000 nəfər olduğunu güman edirlər. Rusiya Statistika Komitəsinin məlumatına görə özünü mordva kimi 843,35 min nəfər adlandırırlar (o cümlədən mokşa — 49,6 min nəfər, erzyan — 84,4 min nəfər ). Erzyan dili yox olma həddində olan dillərin siyahısında və ya yox olma həddinə yaxın siyahılarda qeyd edilir. Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digəriləri isə keçmiş SSRİ ərazisində yaşayırlar. Erzyan dilini bilənlərin böyük mütləqiyyəti iki dillidirlər. İki dillilərin ümumi sayı 696 369 nəfərdir. Onlardan — 306 109 nəfəri kişi, 389 982 nəfəri isə qadındır.
Eston dili
Eston dili (orijinal dildə eesti keel ) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır. Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir. Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir. Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq). Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar.

Значение слова в других словарях